Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Göytəpə şəhərində Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayon sakinləri ilə görüşüb.
DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların DSX-da xidmətə qəbul, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlər araşdırılıb və əksər məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün DSX-nın müvafiq bölmələrinə konkret tapşırıqlar verilib.
Xidmətin səlahiyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.
BƏXTİYAR