Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, bu gün UNESCO-nun yanında Tarixi Yerlər və abidlərin Mühafizəsi Şuraslnın Beynəlxalq Assambleyası tərəfindən 1983-cü ildə 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kmi təsis edilib.
Onun sözlərinə görə, dünyanım bir çox yerlərində baş vermiş münaqişələr zamanı tarixi abidələr dağıdılır:"İŞİD adlandırılan terror qrupu insanları qətl erməklə bərabər, həm də taruxi abisələri məhv ediliblər. Ermənilərdə Dağlıq Qarabağ və ətraf ərazilərin işğalı zamanı xeyli sayda Azərbaycana məxsus tarixi və mədəniyyət abidələri dağıdılır və ya özününküləşdirilir".
Tədbirin sonunda beynəlxalq ictimaiyyətə müraciət qəbul olinub.
Bəxtiyar