17 Aprel 2015 14:10
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzən dillə bağlı radio və televiziyaların üzərinə çox gedirik. Nəzərə almalıyıq ki, televiziya və radio özündən bir şey icad etmir, cəmiyyətdə olanları təqdim edir. Televiziyaya dəvət edilənlər müxtəlif təşkilatlardan, təhsil ocaqlarından, nazirliklərdən olan ziyalılar da cəmiyyətdə təmsil olunan insanlardır. Onlar da telekanallarda dildən yaxşı istifadə etməli və dilin normalarına əməl etməlidirlər".

Teleqraf.com-un məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev telekanallarda aparılan monitorinqin nəticələri ilə əlaqədar keçirdikləri mətbuat konfransında bildirib.

Azərbaycanda bütün telekanallarda Bədii Şuralar yaradılsa da, onların lazımi şəkildə fəaliyyət göstərmədiyini söyləyən Qafar Cəbiyevin fikrincə, kanalların aparıcıları da ədəbi dil normalarına ciddi əməl etməlidirlər: "Hər adam diktor ola bilməz. Aparıcı ədəbi dilin normalarını yaxsı bilməli, ona riayət etməlidir. Bizim yaxsı diktorlarımız da var, amma yerində olmayanlar, yerini bilməyənlər də var".

Sevil


Müəllif:

Oxşar xəbərlər