17 Aprel 2015 14:22
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Dilçilik İnstitunun Monitorinq şöbəsinin müdiri Şahlar Məmmədli bu gün keçirilən mətbuat konfransında 6 telekanalda aparılmış monitorinqin nəticələrilə bağlı institutun təkliflərini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə ki, həmin təkliflər bunlardır:

1. TV-lərdə bədii şuraların fəaliyyəti gücləndirilsin;
2. Efirə hazırlıq müddətinə ciddi diqqət yetirilsin;
3. MTRŞ ilə birgə TV işçiləri üçün davamlı təlimlər, dəyirmi masalar keçirilsin;
4. MTRŞ ilə birgə Dilçilik İnstitutunun apardığı monitorinqlərin nəticələri kitab halında çap olunsun;
5. Filologiya və jurnalistika ixtisası üzrə təhsil alan tələbələr monitorinq şöbəsinə təcrübəyə göndərilsin;
6. Problemlərin birgə aradan qaldırılması məqsədilə televiziya proqramlarının monitorinqlə bağlı nümayəndələri müəyyənləşsin.

Şahlar Məmmədli bildirib ki, növbəti monitorinqə Azərbaycan televiziyası, Mədəniyyət və İdman telekanalları da cəlb ediləcək: “Heç bir telekanalda dillə bağlı vəziyyət ideal deyil. Nəzərinizə çatdırım ki, dövlət televiziyasıının dilində də qüsurlar aşkar edilib. Bu qüsurlar növbəti araşdırmamızda açıqlanacaq”.

Sevil


Müəllif:

Oxşar xəbərlər