Oxşar xəbərlər
Bu gün səhər saatlarında Bakıda müşahidə olunan dumanlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınmasına təsir etməyib.
Bu barədə Publika.az-a “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
Məhərrəm Səfərli aeroportdan bütün uçuşların cədvələ uyğun həyata keçirildiyini bildirib.
Hava limanından deyiblər ki, indiyədək təxirə salınmış aviareys yoxdur.