19 Aprel 2015 00:13
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Bürcünüzün ixtiyarında olan bu təqvim uğurlu keçəcək. Odur ki, boş yerə vaxt itirməyin. Nahar ərəfəsində perspektivli sövdələşmələrdə iştirakınız gözlənilir. Uzaq yola çıxmayın.

BUĞA - Ulduzların düzümü yeni təkliflər alacağınızı bəyan etsə də, tələsməməyi məsləhət görür. Çünki təmkindən doğmayan qərarlarınız uğursuz ola bilər. Uzaq dəvətləri təxirə salın.

ƏKİZLƏR - Göy qübbəsi insanlara qarşı soyuqqanlı olmağınızdan şikayətlənir. Bacardığınız qədər təmkinli olun. Əsəblərinizi qoruyun ki, ürəyinizdəki çoxsaylı arzularınız reallaşsın.

XƏRÇƏNG - Səfərə çıxmaq üçün uğurlu gündür. Büdcəniz imkan verdiyi təqdirdə bu şansı əldən verməyin. Bu təqvimdə darıxdığınız adamlarla rastlaşacaqsınız. Şəxsi işlərinizdə dönüş də mümkündür.

ŞİR - Ümumi məziyyətlərinə görə gərgin təqvimdir. Lakin iradəniz hesabına bu xoşagəlməzlikləri dəf edə bilərsiniz. Xüsusən də nahardan sonra əsəblərinizi dəmir çərçivəyə salmalısınız.

QIZ - Bu gözəl gündə öhdəliklərinizi başa çatdırmağa tələsin. Çünki axşama yaxın səfərə çıxmaq və ya qonaq getmək üçün şansınız var. Təzə xəbərlər də mümkündür. Mübahisələrdən yayının.

TƏRƏZİ - Son vaxtlar riskli hərəkətlərə tez-tez yol verirsiniz. Hər halda, ehtiyatlı olun. Zamanla ayaqlaşmağa çalışın. Günün ikinci yarısında maraqlı insanlarla rastlaşacağınız gözlənilir.

ƏQRƏB - Sevindirici xəbərlər yolunuzu gözləyir. Gün ərzində ovqatınız tamamilə yüksək olacaq. Hətta nahardan sonra yeni təkliflər alma ehtimalınız da var. Daxili orqanlarınıza isə fikir verin.

OXATAN - Tez-tez ünsiyyətdə olduğunuz insanlarla xırda mübahisələriniz mümkündür. Lakin Göy qübbəsi belə cəfəngiyyata vaxt sərf etməyinizi məsləhət görmür. Kənar müdaxilələrə aludə olmayın.

OĞLAQ - Çətin məqamlarınız ötməkdədir. Bunu sürətləndirmək üçün etibar etdiyiniz hər kəsdən məsləhət almağa tələsin. Ulduzlar maddi durumunuzu dirçəltməyə çalışacaq. Axşama doğru müqəddəs məkanlara gedin.

SUTÖKƏN - Günün birinci yarısı hər cür sövdələşmə və müzakirələr üçün passiv vaxtdır. Odur ki, adi işlərlə məşğul olub səhhətinizə fikir verməlisiniz. Saat 15-dən sonra isə müəyyən uğurlar mümkündür.

BALIQLAR - Kimdənsə nəsə gözləmək indiki ağır vaxtda xəyaldan başqa bir şey deyil. Tənbəlliyin daşını atın. Artıq aktivləşmə məqamıdır. Saat 16-dan 19-a qədər bütün potensialınızı işə salın.


Müəllif:

Oxşar xəbərlər