20 May 2014 17:06
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

TQDK mayın 18-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.

TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün sənəd vermiş 18783 abituriyentdən 1227 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 17556 abituriyentdən 60-ı imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub, 1 nəfər cavab kartını təlimata zidd olaraq özü ilə aparıb, 2 nəfər isə cavab kartını bilərəkdən korlayıb. Həmin abituriyentlərin nəticələri ləğv edilib.

Ən yüksək nəticə I ixtisas qrupu üzrə 637 bal, IV ixtisas qrupu üzrə 644 bal olub.

Qeyd edək ki, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Həmçinin abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

NİGAR


Müəllif: