Londondakı Ermənistan səfirliyi qarşısında Dağlıq Qarabağda saxlanılmış azərbaycanlı girovların azzad edilməsi tələbi ilə aksiya keçirilib.
Publika.az-ın məlumatına görə, aksiya Londondakı azərbaycanlı tələbə təşkilatlarının təşəbbüsü və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə həyata keçirilib.
Nümayiş iştirakçıları ötən il Dağlıq Qarabağda erməni qüvvələri tərəfindən saxlanılmış Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsini tələb ediblər. Ermənistan səfirliyi etiraz aksiyasına münasibət bildirməkdən imtina edib.
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev ötən il Dağlıq Qarabağda erməni qüvvələrin nəzarəti altında olan Kəlbəcər rayonunda atasının qəbrini ziyarət edərkən saxlanılıb.
Onlar iki nəfəri qətlə yetirməkdə, bir nəfəri yaralamaqda, "sərhədi diversiya məqsədilə" keçməkdə ittiham olunaraq, separatçılar məhkum olunublar.