19 Aprel 2015 17:36
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bədənimizdə toplanan toksinlərin xaric olunması üçün müraciət etdiyimiz detoks proqramları təəssüf ki, idmansız yaxşı nəticə vermir. Sadəcə bağırsaq ifrazatı ilə məhdudlaşan detoks artıq yağları əritsə də, sellülitlərə qarşı təsirli ola bilmir.

Sellüliti aradan qaldırmaq, hamar dəriyə qovuşmaq üçün yaz detoksu ilə birlikdə əslində bəzi qaydalara da əməl edilməlidir.

Publika.az yazın detoks fəlsəfəsinə aid əsas qaydaları və onunla mübarizə aparan təsirli üsulları təqdim edir:

Sellülitə əlvida deyin


Yuxu rejimi çox əhəmiyyətlidir. Detoks boyu istirahətə geniş vaxt ayırın.

Gün ərzində açıq havada hərəkət etməyə çalışın.

Çay, qəhvə, turşulu içkilərdən uzaq durub bol-bol su və ayran için.

Gün ərzində 15 dəqiqəyə qədər günəş işığına çıxıb D vitamini qəbul edin.

4 saatdan çox ac qalmayın. Yoxsa, metabolizm zəifləyir.

Gündəlik protein ehtiyacının ödənilməsi üçün gündə 2-4 porsiya ət və ət məhsulları, 3-4 porsiya da süd və süd məhsullarına üstünlük verin.


Karbohidratlara və şəkərli qidalara yer verməyin.

Yanmış yağlardan uzaq durun və qidaları sobada, ya da qaynatma üsulu ilə bişirin.


Müəllif:

Oxşar xəbərlər