Azərbaycan Təhsil Nazirliyi şagirdlər üçün gənc meşəçilərin IV Respublika müsabiqəsi keçirir.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, müsabiqə uşaq və gənclərin meşəsalma sahəsində biliklərini artırmaqla, onlarda ekoloji dünyagörüşün, ətraf mühitə qayğıkeş münasibətin formalaşmasına stimul vermək, eyni zamanda meşələrin qorunması, bərpası, davamlı istifadəsi sahəsində xüsusi bacarıq və vərdişlərin öyrədilməsini inkişaf etdirmək məqsədilə təşkil edilir.
“Meşələri qoruyaq” mövzusunda keçirilən müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir.