Heydər Əliyev İrsini Araşdırmalar Mərkəzi, Qafqaz Universiteti və 1905.az Diskusiya Klubu birlikdə “Böyük yalanın 100 illiyi ” nə həsr olunmuş dəyirmi masa keçirilib.
Teleqraf.com xəbər verir ki, Qafqaz Universitetində baş tutan tədbirdə təşkilatçılarla yanaşı görkəmli tarixçi alimlər, elmi tədqiqat mərkəzlərinin rəhbərləri iştirak ediblər. Dəyirmi masanın aparıcısı Qafqaz Universiteti “Qarabağ araşdırmaları mərkəzi”nin rəhbəri dosent Bilal Dədəyev tədbirin önəmindən danışaraq qeyd edib ki, dəyirmi masada Böyük yalan tarixinin arxa planı və bu yalanın 100 ildir ayaq tutub yeriməsi səbəbləri mövzusunda müzakirələr aparılacaq.
Tədbirdə öncə “Azərbaycan və Şərqi Anadolunun türk – müsəlman əhalisinin soyqırımı” mövzusunda keçirilən 2-ci Beynəlxalq elmi konfransın iştirakşılarına prezident İlham Əliyevin məruzəsinə nəzər salınıb. İlham Əliyevin məruzəsindən
Sitatlar gətirən alimlər vurğulayıblar ki, türk xalqları humanist, yüksək insani keyfiyyətə malikdir. Prezidentimizin çıxışlarından gətirdiklərimiz sitatlardan da aydın görmək olur ki, biz sülh sevər xalqıq soyqırım törədən yox, soyqrıma məruz qalan xalq olmuşuq.
1905.az saytının baş redaktoru Fuad Babayev də rəhbərlik etdiyi saytın bu mövzuda gördüyü işlər haqda məlumat verib. Görkəmli tarixçi alim Vidadi Umudlu son illər arxiv sənədlərinin üzə çıxmasının da bu yalanı ifşa etdiyini bildirib. Sumqayıt Dövlət Universitetinin professor Şirxan Səlimov müzakirələrdə Böyük yalanda göstərilən soyqırıma məruz qalan erməni sayının heç bir hesaba uyğun gəlmədiyini demoqrafik baxımdan da göstərilən rəqəmlərin nə qədər saxta olduğu ortaya çıxar.
Aktiv keçən müzakirədə alimlər o nəticəyə gəliblər ki, bu məsələlərin aydınlığa çıxması üçün arxivlər açılmalı tarixçilər bu işlə məşğul olmalıdırlar.
SEVİL