Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı problemlərinin həllinə kömək edirlər.
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 29-da saat 11.00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
Nazirlikdən Teleqraf.com-a bildirilib ki, qəbulda Naftalan və Gəncə şəhərlərindən, Daşkəsən, Göygöl, Kəlbəcər və Samux rayonlarından olan vətəndaşların iştirakı nəzərdə tutulur.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən şəhər və rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.