22 Aprel 2015 22:55
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) tərəfindən növbəti səyyar qəbullar aprelin 24–də Nizami və Sabunçu rayonlarında, aprelin 25–də isə Xətai rayonunda keçiriləcək.

BŞTİ-dən Teleqraf.com-a bildiriblər ki, Nizami rayonu üzrə 328 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 10, 12, 32, 61, 62, 70, 109, 129, 145, 201, 210, 214, 220, 227, 229, 238, 242, 250, 251, 272, 277, 312, 328 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

Xətai rayonu üzrə 261 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə 17, 24, 25, 27, 29, 48, 55, 56, 58, 59, 63, 64, 86, 95, 98,116, 138,147, 165, 171, 191, 194, 204, 221, 245, 249, 254, 257, 260, 261, 263, 264, 265, 269, 287 nömrəli məktəblərin və 33 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 13.00–da Nizami, saat 10.00–da isə Sabunçu və Xətai rayonlarında başlayacaq və vətəndaşların müraciətləri bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin nümayəndələri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədini daşıyır.


Müəllif:

Oxşar xəbərlər