23 Aprel 2015 13:27
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənilərin qondarma soyqırımı tanıtdırmaq istiqamətində apardığı işin qarşısını almaq üçün səylərin gücləndirilməsi vacibdir".

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Onun sözlərinə görə, bir sıra Avropa dövlətləri hələ də Çanaqqaladakı məğlubiyyətlərini həzm edı bilmir və bunun əvəzini Türkiyədən çıxmaq üçün yollar axtarırlar: "Etiraf edək ki, qondarma erməni soyqırımının tanıdılmasının qarşısını ala bilmirik. Proses başlanıb, davam edir. Bizim sakit dayanmağa haqqımız yoxdur. Biz heç də arxayınlaşmamalıyıq ki, bu tanınma heç də hüquqi nəticələrə gətirib çıxarmayacaq. Bir gün bu da baş verə bilər. Biz buna hazır olmalıyıq. Düzdür, bununla Türkiyəni çökdürmək olmaz, amma biz bunun qarşısını almaq üçün mübarizəmizi davam etdirməliyik".

Bəxtiyar


Müəllif: