21 May 2014 10:36
2 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda təbii resursların qorunmasına xüsusi diqqət yetirilir”.

Bu fikirləri Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov deyib.

BMT-nin inkişaf proqramı və Fövqəladə Hallar Nazirliyinin “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” birgə layihəsi üzrə hesabat seminarında çıxış edən nazir müavini ölkəmizdə təbii ehtiyatların qorunması və onlardan düzgün istifadə edilməsi ilə bağlı görülən işlərdən danışıb:

“Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən ölkəmizin təbii resurslarının qorunması və onlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirib. Ümummilli liderin layiqli davamçısı prezident İlham Əliyev də bu işi davam etdirir”.

T.Əmiraslanov bildirib ki, bu kimi layihələr ölkə vətəndaşlarının sel daşqınlarından qorunmasına yönəlib:
“Bu da Fövqəladə Hallar Nazirliyinin prioritet istiqamətlərindən biridir”.

BƏXTİYAR


Müəllif: