24 Aprel 2015 19:22
3 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyən futbol yığmasının keçmiş qapıçısı Rüştü Rəcbərin həyat yoldaşı İşıl Rəcbər son günlər ölkə mətbuatının gündəmindən düşmür. Retinq qazana bilməyən ilk və hələlik sonuncu verilişi, örnək ailə həyatı, sosial şəbəkədəki postları ilə gündəmdə olan xanım Rəcbər yerli mətbuata olduqca maraqlı açıqlamalar verib. Teleqraf.com İşıl Rəcbərin Türkiyənin "Həftə sonu" dərgisinə verdiyi maraqlı müsahibəni təqdim edir.

- Sizi tanıya bilərik?
- Iki qardaşdan sonra böyük yaş fərqi ilə dünyaya gələn, evin ən kiçik və tək qızı kimi əl üstündə böyüdülən uşaq olmuşam. Bütün ailə üzvilərimin bolluca qayğısını hiss etdiyim uşaqlıq yaşamışam. Uşaqkən qardaşlarımın dərs oxuduğunu görüb mən də 5 yaşımdan oxuyub-yazmağa başlamışam. Hər gün məktəbə getmək üçün ağlayırammış Elə buna görə də ailəm yaşımı böyük göstərərək məni məktəbə yazdırmaq məcburiyyətində qalıb. Erkən yaşda məktəbə başlamağıma rəğmən mən çox çalışqan və tez-tez müsabiqələrdə fərqlənən şagird olmuşam. Əlbəttə, bu uğurumda "Türk dili və ədəbiyyatı" məzunu olan anamın da rolu danılmazdır. Karyera arzusunda olan və ən tez 28 yaşında ailə qurmağı düşünən Işıl görün, nələr yaşayıb.

- Hər kəsə nümunə olan ailəniz var. Rüştü bəylə necə tanış oldunuz?
- Həyat yoldaşımla 17 yaşımda ortaq dostlarımızdan birini eyni anda ziyarətə getdiyimizdə tanış olduq. Mənim üçün adı bir gün və və adi bir rastlantı idi. Ancaq Rüştü sonralar öz sözlərində həmin gün tanışdığmızda "Bax, mənim evlənəcəyim qız budur!" düşüncəsini dilə gətirir. Tanış olduğumuzda Rüştü Antaliyadan Fənərbağçaya yeni transfer olmuşdu. Təbrik elədim bitdi. Daha sonra Rüştü mənə hisslərini açıqlayanda "Olmaz! Sevgili olmaq üçün yaşım çox azdır. Məncə dost qalaq" dedim. Həm belə az yaşımda, həm də bir-birimizdən belə uzaqda bir münasibət qurmaq imkansiz idi. İki il fikrim dəyişmədi. Ancaq bu müddətdə yaşadıqlarım çox qəribə idi. Mən ilk öncə həyat yoldaşımın mənə aşiq olmasına aşıq oldum. Sonra özünü tanıyanda isə ona aşiq oldum. 19 yaşımda 3-cu dəfə görüşdük və üzük taxdıq. Və o gündən bu yana bərabərik.

- Xoşbəxt ailə həyatınızın sirri nədədir?
- Mən universitetdə 4-cü kurs tələbəsi ola-ola ailə həyatı qurdum. Qısa bir müddətdən sonra isə ana oldum. Qızım Tuana, həyat yoldaşım və mən əslində birlikdə böyüdük. Ana olduğumun fərqinə oğlum dünyaya gəldiyi zaman vardım. Hələ də qızımla sanki rəfiqə kimiyik. Hər şeyi onunla birlikdə öyrənib yaşadıq. Bu insanı bir-birinə daha çox bağlayır. Sanki bir-birinizin əli-qolu olursunuz. Bəzi şeyləri nə görürsünüz, nə də sizi narahat edir. Sayğı çox önəmlidir. Biz əsla bir-birimizə təhqiramiz və geri dönüşü olmayan sözlər söyləmədik. Yuvamızı yıxacaq heç bir addım atmadıq. Bir-birimizin etmək istəmədiyimiz heç bir şeyi etmədik. Qarşındakı insandan nəyi gözləyirsənsə, ona ilk öncə özümüz əməl etdik. Sayğı ailə içində qorunması vacib olan bir faktordu. Biz uşaqlarımıza da bunu təlqin edərək böyüdürük. Ailə olduqdan sonra sevgi yox olmur. Ancaq sayğını qorumaq ailə fərdlərindən asılıdır.

- Həyat yoldaşınız Türkiyənin ən yaxşı futbolçularından biridir. Onun qələbəsində sizin təsirinizin də olduğunu düşünürsünüzmü?
- Həyat yoldaşım gərgin işlədiyi dövrlərdə "Heç bir şey istəmirəm. Uşaqlarım və mənim yanımda ol" deyərdi. Mən də yalnız onun dediyini edirdim. İdman və məşqləri çıxmaqla heç vaxt ayrı olmurduq. Çünki onun ruhən hər zaman özünü yaxşı hiss etməsi vacib idi. Mən evdəki mənəvi rahatlığı hər zaman qorumaq məcburiyyətində idim və bunu bacardım. İdmançı evdə hər zaman rahatlıq istəyir. Bunu isə qadınlar etməlidir. Elə buna görə də uğurda da, uğursuzluqda da qadınların təsiri var.

- Futbolçunun həyat yoldaşı olmağın üstünlükləri və mənfi tərəfləri nələrdi?
- Məncə, üstünlükləri daha çoxdur. Bacarıqlı və ən çox milli forma geyinən futbolçunun həyat yoldaşı kimi onunla çox quru verici gözəl anlar yaşadıq. Cəmiyyətin qəbul etdiyi və sevdiyi biri olmaq çox özəl bir duyğudur. Bütün dünyada olduğu kimi cəmiyyət bir insanı qəbul etdiyi zaman onun ailəsini də qəbul edir. Hər zaman sevgi, sayğı və ülvi hisslərlə qarşıladıq. Tək çətinlik uzun müddət davam edən məşqlər, ayrılıqlar və məğlubiyyət zamanın psixoloji sarsıntılar oldu.

- Həyat yoldaşınız məğlub olduğu oyundan sonra evə gələndə ona necə münasibət göstərirdiniz.?
- Uğurla nəticələnməyən oyunlardan sonra idmançılar adətən, özlərinə qapanırlar. Bir müddət tək qalmaq, özünü toparlamaq və yenidən canlanmaq istəyirlər. Həyat yoldaşımın özünü evə qapadığı dövrlər də oldu. Məğlubiyyətdən sonra Rüştünün bir həftə evdən çölə çıxmadığının şahidiyəm. Bu anda mənim köməyimə uşaqlar çatırdı. Atalarını normal həyata qaytarmaqları, üzünü güldürməkləri elə də uzun çəkmirdi.

- Tuana və Mehmet Burak adında iki övladınız var. Ana olmaq həyatınızda nələri dəyişdirdi?
- Ana olmaq möhtəşəm bir duyğudur. Bu duyğunu yaşadıqdan sonra bundan ülvi hissin olmadığını başa düşürsən. Əslində həddindən artıq insanı xoşbəxt edən və yaralayan bir duyğudur. Sənin və sevdiyinin bir parçası və ondan ayrı qaldığın hər an ürəyin tamamilə onda olur. Onun canındakı bir ağırı səni daha çox incidir. O, xoşbəxt olduqda isə sən məst olursan. Tuana və Mehmet Burak bizim üçün hər şeydir. Onlarla birlikdə vaxt keçirmək, film izləmək, səyahət etmək bizim üçün ən gözəl anlardı.

- Yeniyetməlik dövründə basketbol ilə maraqlanmısınız. Peşəkar olaraq məşğul olduğunuz bir idman sahəsi var?

- Universitet dövründə basketbol komandasında oynayırdımn. Sonra tennis oynamağa başladım. Kick-box, pilates, tennislə və s. məşğul oluram.

- Olduqca gözəl bədən qurluşunuz var. Hansı intervalla idmanla məşğul olursunuz. Planlı məşqləriniz var?
- Mən uşaqlıqdan bəri sağlam qidalanıb idmanla məşğul olmuşam. Bütün sadaladıqlarım idmanla davamlı məşğul oluram. Əslində mənim üçün idman olsun, hansı sahə olması vacib deyil. İdmanla məşğul etdiyim anda özümü çox yaxşı hiss edirəm. Mənim üçün idman əlavə bir şey deyil. Demək olar ki, idman mənim üçün səhər yeməyindən fərqsizdir.

- Bizə xarakterinizi necə ifadə edə bilərsiniz?
- İnsanın özü haqqında danışmağı çox çətindir. Mən öz dəyərlərinə və inaclarına bağlı insanam. Qəti mövqeyim və sərhədlərim var. Hər dövrə, mühitə görə uyğunlaşan bir xarakterim yoxdur. Həddindən artıq dürüstlüyə önəm verirəm. Daxilən necəyəmsə, elə də görünürüəm. Ona görə də məndən heç kimə zərər gəlməz. Həyatınızda gördüyünüz nadir pozitiv insanlardan biri də mənəm. Və bu xüsusiyyətim həyatın hər anında köməyimə çatıb. Ən dözülməz olduğum yalançı və riyakar insanlardı. Elə insanlara həyatımda yer yoxdur və mənə mənfi enerji verməyə də icazə vermirəm.

- Günü necə keçirirsiniz?
- Gec yatmağıma rəğmən, hər gün saat 06:30-da oyanıram. Uşaqlarımı mütləq özüm məktəbə yola salıram. Saat 07:30-da uşaqlar da məktəbə getmiş olur. Sonra axşam yeməyi üçün lazımi işləri həll edirəm. Ardınca idmana yola düşürəm. Daha sonra evə gəlib gündəlik işlərimlə məşğul oluram. Axşam yemək vaxtında isə mütləq evdə oluram. Ailə olaraq yemək yeyib söhbət edirik. Sonra uşaqların dərsləri ilə məşğul oluram. Onlar yatdıqdan sonra isə biz bir az dincəlirik.

- Hər zaman şık və baxımlısınız. Gözəllik sirlərinizi öyrənə bilərik?
- Əslində mən genetik olaraq şanslı olanlardanam. Çox şey etmirəm. Cildimin təmizliyi, saç və dırnaq təmizliyim mənim üçün çox vacibdir. Hər axşam mütləq makiyajımı təmizləyib nəmləndirici vururam. Hər həftə masaj olunuram. Ayaqlarımı Yaponiyadan aldığım fırça ilə fırçalayıram.

- Ölkədə və xaricdə hansı markalardan daha çox alış-veriş edirsiniz?
- Mənim tərzimə uyğun izlədiyim brendlər var. Givenchy, Emilio Pucci, İsabel Marant, Stella McCartnet və Balmain.

- Bəs, bəyəndiyiniz türk və xarici modelyerlər kimdir?
- Türklərdən Begüm Salihoğlu, Zeyneb Tosun və Gamze Saraşoğlu, Hakan Akkaya, Selma Çilek, Özgür Masur.

- Bu yaxınlarda sizi moda yarışmasının proqramında izlədik. Ancaq arzu olunan retinq qazana bilmədiniz. Yəqin sizin kimi bir xanıma əvvəllər də təkliflər gəlirdi, amma bu sizin ilk TV layihəniz oldu
- Bəli, 5 ildir mənə ciddi TV layihələri təklif olunurdu. Ana-uşaq, dəb, gözəllik və s. layihələr. Ancaq həyat yoldaşımın gərgin iş rejimində olduğu bir vaxtda iş təkliflərini qəbul etmədim. Həyat yoldaşım mənə "Xahiş edirəm, sən də gərgin iş tempinə başlama. Bizim iki övladımız var. Ən azından birimiz fədakarlıq edək" dedi. Mən də ona bu məsələdə söz vermişdim. Daha sonra isə həyat yoldaşım “sənə haqsızlıq olur” dedi. Çox güvəndiyim adamlardan gələn o layihəni qəbul etdim.

- Yarışa layihəni başlayanda ilk olaraq "Işıl Rəcbər Nur Yerlitaş olur" başlıqlı xəbərlər tirajlandı...
- Nur mənim çox dəyər verdiyim dostumdur. Mən Nurun özünə də deyirəm "Sən bir məktəbsən, kitab kimi qadınsan. Aç, oxu və maariflən". Heç vaxt onu mən özümə rəqib kimi görə bilmərəm. Nuru ondan çox şey öyrənəcəyim bir insan kimi qəbul edirəm. O, uzun müddətdir televiziyadadır. Məncə jüridən fərqli olaraq o televiziya priyomlarını bilən biridir. Harada və nə vaxt hansı çıxışlar edəcəyini, verilişi necə istiqamətləndirəcəyini çox yaxşı bilir.

- Yaxın vaxtlarda yenidən sizi televiziya layihəsində görə biləcəyikmi?
- Yeni fikirlər, ideyalar haqqında düşünürük. Görək nə olacaq.

- Qarderobunuz və özünüz üçün ayda nə qədər pul xərcləyirsiniz?
- Bunu heç vaxt hesablamamışam. Ancaq gözəl geyinmək və baxımlı olmaq çox pul xərcləməkdən asılı deyil. Televiziyadakı dəb verilişlərində də bunu vurğulamaq istəyirlər. Sadəcə brend geyimlər gözəldir deyə bir düşüncə yalnışdır. Ya da bir qadının ən bahalı kosmetika alıb vurması onu baxımlı etmir. Baxımlı olmaq ilk öncə təmiz olmaqdır. Ondan sonra istifadə etdiyini vasitələr var. Mən də öz geyimlərimi seçərkən dünyaca məşhur brendlərdən də, ucuz firmalardan da alış-veriş edirəm.

- Sizin sosial şəbəkələrdə paylaşdığınız əsasən ən bahalı brendlərdi. Ölkədəki aylıq gəlir səviyyəsinə nəzər salsaq, sizin istifadə etdiyiniz məhsulları və ya geyimləri əhalinin əksəriyyətinin almağı imkansızdır. Bunun bir az insanları xəyalpərəst etdiyini düşünümürsünüz?
- Xəyalpərəst edir, amma insanlar o geyimləri daha ucuz firmalardan da alıb uyğulaşdırıb geyinə bilər. Bizim çox böyük miqdarda pul sayəsində dəstləşdirdiyimiz bir geyimi bazardan alış-veriş edən bir qadın da edə bilir. Artıq qadınlar hər şeyin fərqindədirlər. Nəyi necə edəcəklərini yaxşı bilirlər. Həyatım boyunca heç vaxt bazara getməmişəm. Ancaq mənim üçün bazar çox maraqlıdır. O cür paltarların satıldığı yer çox əyləncəliyimiş. Kaş, mən də gedə bilsəydim. Həm də mənim üçün də daha sərfəli olardı. Çünki çox pul verib aldığım paltar bir dəfə geyindikdən sonra qarderobda boş yerə qaldıqda üzülürəm. Ancaq bir dəfə geyindiyim libasım bazardan alınsa və daha sonra heç istifadə etməsəm də üzülmərəm.

Dəniz Əliyeva


Müəllif: