27 Aprel 2015 12:38
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərə xəbərdarlıqla müraciət edib.

Komissiyadan Teleqraf.com-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün (I, II, III və IV ixtisas qrupları üzrə) ərizələrin qəbulu davam edir. Ərizə qəbulunun başa çatmasına 3 gün qalıb. Bu gün saat 11:40-a olan məlumata görə, 71550 abituriyent öz elektron ərizəsini dolduraraq təsdiqini təmin edib. 6457 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiq olunmayıb.

TQDK bildirib ki, ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq. Həmin abituriyentlər qəbul imtahanlarlnda iştirak etmək üçün aprelin 30-dək bu prosesi yekunlaşdırmalıdırlar.


Müəllif: