“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Orta məktəb şagirdlərinin GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr barədə maarifləndirilməsi” layihəsi çərçivəsində maarifləndirici xarakterli buklet hazırlanıb.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, pilot olaraq seçilmiş Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində bukletin təqdimatı ilə bağlı tədbir keçirilib.
“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Mikayıloğlu layihənin məqsədinin orta məktəblərin şagirdlərini GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr barədə maarifləndirmək olduğunu bildirib və layihə çərçivəsində hazırlanmış buklet barədə məlumat verib.
Buklet Yevlax rayonunda orta məktəb şagirdləri arasında paylanacaq.
BƏXTİYAR