27 Aprel 2015 13:39
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İlk Avropa Oyunları Azərbaycanın dünyadakı mühüm rolunu daha da əhəmiyyətli edəcək. Xaricilərin imkanı olacaq ki, ölkəmiz haqqında daha çox məlumat əldə etsin".

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı İsa Həbibbəyli bildirib.

Onun sözlərinə görə, Azərbaycan sülh, dostluq məkanıdır: "Bəzi mənfur qüvvələrin gözü bu uğurları qəbul edə bilmir. Ona görə də bizə qarşı kampaniya aparırlar".

İ.Həbibbəyli qeyd etdi ki, Naxçıvanda "Bakı-2015" Avropa Oyunlarına böyük maraq var: "Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev dünən Bakıda Atəşgah məbədindən götürdüyü alovu ilk məşəlçiyə verdikdən sonra birinci səfər Naxçıvan oldu. Şəxsən ölkəmizdə belə bir oyunun keçirilməsindən qürur duyuram. Düşünürəm ki, Avropa Oyunları dövlətimizə, millətimizə yalnız başucalığı gətirəcək".

İ.Həbibəyliyə görə, Azərbaycan dünyada özünü təsdiq edib və beynəlxalq yarışlara ev sahibliyi etmək təcrübəsini qazanıb: "Bəzi adamların narahatlığını anlaya bilmirəm. Onlar niyə istəmirlər ki, xaricilər Azərbaycana gəlsin, ölkəmizdəki inkişafı, sabitliyi görsün. Təəssüf ki, bəzilərinin mövqeyo erməni lobbisinin Azərbaycana qarşı aparıdğı siyasətlə üst-üstə düşür. Biz bunun fərqindəyik. Amma bir məsələ dəqiqdir ki, atılan çamurlar, qarayaxmalar Azərbaycanın imicini qəti ləkələyə bilməyəcək. Çünki onlar azdılar və əsassız kampaniya aparırlar".

Ayxan


Müəllif:

Oxşar xəbərlər