29 Aprel 2015 01:12
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Türkiyənin keyfiyyət infrastrukturu üzrə fəaliyyət göstərən qurumların nümayəndələri ilə görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, Komitənin sədri Ramiz Həsənov bildirib ki, ölkəmizdə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi və standartlara dövlət nəzarəti sahələri beynəlxalq tələblərə uyğunlaşdırılıb: “Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bu sahələrin daha da inkişaf etdirilməsi və müasir təcrübənin tətbiqi məqsədilə Dövlət Metrologiya Xidməti, Dövlət Akkreditasiya Xidməti və Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti yaradılıb. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib”.

Bu işlərin davamlı olması və keyfiyyət infrastrukturu sahələrində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Türkiyə təcrübəsinin də öyrənilməsinin vacibliyini qeyd edən sədr kadr mübadiləsinin aparılmasını təklif edib.

Təklifi məmnuniyyətlə qəbul edən Türkiyə nümayəndə heyətinin rəhbəri Türkiyə Respublikasının İqtisadiyyat Nazirliyinin Məhsul Təhlükəsizliyi və Yoxlama üzrə Baş İdarəsinin müdiri Mehmet Karabay iki ölkə arasında əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda türkiyəli iş adamları üçün yerli sahibkarlar qədər münbit şərait yaradılıb. Azərbaycanda tətbiq edilən müasir standartlar məhsulları nəinki daxili bazarda rəqabətqabiliyyətli edir, hətta xarici bazara çıxışı üçün imkanlar yaradır.

Mehmet Karabayın sözlərinə görə, qurulmuş bu şərait son nəticədə hər iki ölkənin keyfiyyət infrastrurkturunun inkişafına təsir edir.

Görüşdə 2012-ci ilin sentyabr ayında Bakıda imzalanmış “Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası istiqamətində bir çox məsələlər ətrafında müzakirələr aparılıb.

Daha sonra Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikası İqtisadiyyat Nazirliyi arasında iki qurum qurum arasında əməkdaşlığa dair 2015-2017-ci illər üzrə Fəaliyyət Planı imzalanıb.

Məlumat üçün bildirək ki, nümayəndə heyəti aprel 30- da Komitə yanında Dövlət Akkreditasiya Xidməti, Dövlət Metrologiya Xidməti və Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti ilə ikitərəfli görüşlər keçirəcək və müvafiq dövlət etalonları laboratoriyalarına, kalibrləmə laboratoriyalarına baxış keçirəcəklər.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər