21 May 2014 12:52
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 18-dən 21-dək Silahlı Qüvvələrin Hərbi Akademiyasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO/ABŞ Ekspert Qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında növbəti işçi görüşü təşkil edilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə iştirak edən ABŞ Hərbi Akademiyasının professorları Tomas Fedisin və Ceyms Kuk təhlükəsizlik mühiti və strategiyası, milli hərbi strategiyanın məqsədləri və digər məruzələrlə çıxış edərək təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

BƏXTİYAR


Müəllif: