29 Aprel 2015 17:49
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsmayıllıda vətəndaşları qəbul edib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarından gələn 18 nəfərin müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılıb.

Müraciətlər, əsasən dini icmaların dövlət qeydiyyatı, məscidlərin tikintisi, təmiri, bərpası və yenidən qurulması, təminatı, yerlərdə dini qurumların vəziyyəti və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunauyğun həlli barədə konkret tapşırıqlar verilib. Bir sıra məsələlər yerindəcə, operativ surətdə həll edilib.

Komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər