30 Aprel 2015 11:33
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu günlərdə Azərbaycana qarşı aparılacaq kampaniya ilə baglı faktlar açıqlandı. Biz media, vətəndaş cəmiyyəti olaraq, bu kampaniyanın qarşısını alacağıq".

Bu fikirləri "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının təşkilatcılıgı ilə "Qərbin ikili stadartları: demokratiya və insan hüquqları" mövzusunda keçirilən tədbirdə koalisiyanın koordinatoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib.

Onun sözlərinə görə, hər dəfə Azərbaycanda hansısa əhəmiyyətli tədbir kecirilərkən belə qarayaxma kampaniyası aparılır: "Biz Azərbaycan cəmiyyəti olaraq buna qarşı mübarizə aparmalıyıq".

Millət vəkili Zahid Oruc deyib ki, əslində Amerika Azərbaycanda itirməkdədir. Onun sözlərinə görə, bu ölkənin yürütdüyü siyasət dünya dövlətlərini qorxutmaqdadır:" Vaxtilə Ronald Reyqan qeyd edirdi ki, xüsusi xidmət orqanlarının fəaliyyəti ifşa olinub. Buna görə də o, başqa müstəqil qurumlar yaradıb bu işləri həmin qurumların üzərindən həyata kecirməyi təklif etdi. Bu gün NED kimi təşkilatlar birmənalı şəkildə Amerika siyasətini həyata kecirir".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, Amerika rəhbərliyi öz ölkəsindəki nöqsanları görmədən Azərbaycan kimi dövlətlərə mənfi təsir göstərir:"Bu vəziyyət nə onlara, nə də bizim kimi ölkərə xeyir gətirmir".

"APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı təəssüflə bildirib ki, apardıqları araşdırmaya bəziləri kinayə ilə yanaşıblar: "Ona görə biz qərara gəldik ki, sənədləri təqdim edək. Yazı 4 sənəd əsasında hazırlanıb. Bizim əlimizdə olan konkret sənədlər bunlardır. Burada söhbət çox böyük şəbəkədən və böyük qara piar kampaniyasından gedir. Layihədə Dağlıq Qarabağ məsələsi ilə bağlı heç nə yoxdur. Lakin erməni hakimiyyətinin möhkəmlənməsinə maliyyə ayıran, Azərbaycanda isə gərginlik yaratmağa çalışan təşkilatlardır ki, bu layihədə yer alır. İnsan haqlarına qarşı isə qərəzli münasibətlərin olduğu ortadadır”.

Millət vəkili Asim Mollazadə söyləyib ki, Azərbaycan Avropa Oyunlarının keçirilməsinə böyük önəm verir: “Bu günkü müzakirələri anti-Avropa və anti-Amerika müzakirələri kimi qəbul etmək düzgün deyil. Çünki Azərbaycan hər iki tərəflə münasibətə önəm verir. Azərbaycanın dəstəyi ilə bu gün ABŞ öz əsgərlərini döyüş bölgələrinə apara bilir. Həmçinin, Azərbaycan enerji təminatında böyük rol oynayır. Bu da bir çox dairələri narahat edir. Onlar istəyirlər ki, istənilən üsullarla Azərbaycanı vursunlar. Bunun üçün isə çox böyük vəsait ayrılıb. Bunu isə erməni diasporaları təşkil edir. Bu gün Azərbaycan gücləndiyinə görə, ABŞ-ın daxilində Xocalı soyqırımı ilə bağlı müvafiq qətnamələr qəbul olunub. Bu onu göstərir ki, Azərbaycanın ABŞ-da, Avropada dostları var. Lakin onu da unutmayaq ki, Azərbaycana qarşı təzyiqlər var. Bu da təbii ki, qəbul olunmazdır. Biz çalışmalıyıq ki, bu qarayaxma kampaniyasına qarşı I Avropa Oyunlarını yüksək səviyyədə təbliğ edək”.

Millət vəkili Fazil Mustafa qeyd edib ki, bu istiqamətdə səylər gücləndirməlidir: “Biz maraqlarımızın müdafiəçisi kimi çıxış etməliyik. Bu tədbir vasitəsilə güc nümayişi göstərmirik. Sadəcə, onların bizə qarşı rahatlıqla hansısa niyyətlərini həyata keçirməsi mümkün olmayacaq. ABŞ bir dəfə etiraf etsin ki, Ermənistanın əleyhinə hansısa sənədə səs verib. Nə olsun ki, ABŞ-ın 25 ştatında Xocalı soyqırımı tanınıb. Bir dəfə də haqq-ədaləti müdafiə etsinlər”.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər