30 Aprel 2015 12:19
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 30-dan mayın 1-nə keçən gecə Heydər Əliyev prospekti, Hidrometereoloji Proqnozlar bürosunun yerləşdiyi binanın qarşısından “Koroğlu” metrostansiyasına qədər olan yan yol aparılacaq təmir-tikinti işləri ilə bağlı tam olaraq bağlanacaq və burda nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Teleqraf.com-a verilən məlumata görə, təmir-tikinti işləri Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə həyata keçiriləcək.

Qeyd edək ki, əvvəllər yaşıllıq zonası suvarılarkən həmin suyun axıdılması üçün sistem yox idi. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yaşıllıq zonalarında bu sistem də qurulacaq.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti Əsas yoldan və Babək prospektindən istifadə etmələri məsləhət görülür.


Müəllif:

Oxşar xəbərlər