Bu gün təqribən saat 17:30-da "Azerfon" mobil operatorunun baş ofisinin yeməkxanasında tavanın kiçik hissəsi uçulub.
Bu barədə Trend-ə "Azerfon" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nigar Arpadarai deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində ciddi zərər görən olmayıb: "Əməkdaşlardan biri yüngül zədə alıb və həkimə aparılıb. Hazırda vəziyyət tam nəzarət altındadır".