21 May 2014 15:47
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda müharibə cinayətləri ilə bağlı cəzalar ağırlaşdırılır.

Milli Məclisdən verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən bununla bağlı Cinayət Məcəlləsinin 100.2 və 117.2-ci maddələrinə dəyişiklik təklif edilib.


Maddə 100.2-yə təklif olunan dəyişikliyə əsasən, təcavüzkar müharibəni aparma əməlinə görə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək.


Eyni cəza maddənin 117.2-yə də (döyüş bölgələrində heç kəsin sağ buraxılmayacağını bəyan etmə və ya bu barədə tabeliyində olan şəxsə və ya bu məcəllənin 115-ci (Müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə) şamil edilməsi təklif olunur.


Hazırda hər iki maddənin qüvvədə olan cəzaları 10 ildən 15 ilə qədərdir.


Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub./apa/


Müəllif: