Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC və “Doktor” TV kanalı arasında kanalın yayımına dair müqavilə imzalanıb.
ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müqaviləyə əsasən, Türkiyənin sağlamlıq haqqında olan ilk kanalı “Doktor” TV artıq “Azerspace-1” peyki üzərindən yayıma keçib.
Qeyd edək ki, kanalda əsasən insan sağlamlığı mövzusunda olan verilişlər nümayiş olunur.
Azərbaycan efir məkanında sağlamlıq haqqında yayımlanacaq ilk tematik kanal olan “Doktor” TV kanalı 1 may 2015-ci il tarixindən 11015/H/30000 tezliyi ilə yayımlanır.