2 May 2015 14:33
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İranda rəsmi səfərdədir.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Turkmanın dəvəti ilə DQİDK sədri M.Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə rəsmi səfərə gedib.

Səfər çərçivəsində müvafiq dövlət qurumlarında iki ölkə arasında din sahəsində əlaqələrin və əməkdaşlığın perspektivlərinin müzakirə olunması nəzərdə tutulub.

Səfər çərçivəsində Komitə sədri dövlət və hökumət rəsmiləri, o cümlədən Ali Dini rəhbərin beynəlxalq məsələlər üzrə müavini Möhsün Qumi, İranın vitse-prezidenti, Milli Kitabxananın rəisi Əkbər Salehi, Xarici işlər nazirinin müavini İbrahim Rəhimpur ilə görüşəcək və İran Parlamentində bir sıra müzakirələr aparacaq.

Eyni zamanda, Dövlət Komitəsinin sədri Qum şəhərində Cameatül-Mustafa Universitetində olacaq, müəllim heyəti və nüfuzlu din xadimləri, o cümlədən Ayətullah Əraqi və Ayətullah Sübhani ilə görüşəcək.


Müəllif:

Oxşar xəbərlər