Ağstafa rayonunun Soyuqbulaq kəndi qazlaşdırılır.
Aprelin 9-dan başlayan prosesin mayın ilk 10 günlüyünə yekunlaşacağı nəzərdə tutulub.
Bu barədə Trend xəbər yayıb. Bu müddət ərzində 219 abonent mavi yanacaqla təmin olunacaq.
Qazlaşdırma 14 km xətti əhatə edir. İş icraçısı Nüsrəddin Vəliyev bildirdi ki, hazırda layihə üzrə 50-ə yaxın işçi qüvvəsi və texnika çalışır.Soyuqbulaq və ətraf kənlərin sakinləri artıq 20 ilə yaxındır ki, mavi qaz sarıdan çətinlik çəkirdi. Layihə çərçivəsində Kür çayının sol sahilində yerləşən digər kəndlərin də qazlaşdırılması nəzərdə tutulub.İş icraçısı bildirdi ki, cari ilin sonunadək Ağstafanın bütün kəndləri mavi yanacaqla tam təmin ediləcək.