21 May 2014 17:02
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin sentyabrından Azərbaycanda daha bir akademiya fəaliyyətə başlayacaq. Bu, Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası olacaq.

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında DGK sədri Aydın Əliyev deyib.

O, bildirib ki, universitetlə qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aparacaq: “Biz artıq növbəti tədris ilində 40 tələbə qəbul etməyə hazırıq”.

Komitə sədrinin sözlərinə görə, ali məktəbin işi üçün lazım olan infrastruktur artıq hazırdır: “Biz hazırlıqları bitiririk. Birinci mərhələdə müəllim heyəti yerli mütəxəssislərdən ibarət olacaq. Gələcəkdə isə xaricdən də müəllimlər dəvət olunacaq. Ali məktəbə xarici ekspertləri mütəmadi olaraq dəvət etmək niyyətindəyik”.

Naibə QURBANOVA


Müəllif: