4 May 2015 15:38
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayının 21-də saat 11:00-da Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən Şəmkir Sərhəd Dəstəsində Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Şəmkir, Samux, Ağstafa və Qazax rayon sakinlərinin qəbulu keçiriləcək.

DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları may ayının 19-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılmalı və ya Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən Şəmkir Sərhəd Dəstəsinə müraciət edilməlidir.

BƏXTİYAR


Müəllif: