4 May 2015 23:55
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müəllim hazırlama siyasəti və problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Qafqaz Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Türkiyə Respublikasının Hcəttəpə Universiteti birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Müəllim hazırlama siyasəti və problemləri” mövzusunda beynəlxalq konfrans keçiriblər.

Konfransa ABŞ, Pakistan, İran, Filippin, Ukrayna kimi xarici ölkələrdən iştirakçılar qatılıb. 232 müəllifin 175 məruzəsi dinlənilib, müzakirələr aparılıb.

Beynəlxalq konfransda Türkiyə Respublikasının Hacəttəpə Universitetinin və Qafqaz Universitetinin, həmçinin Ankara Universitetinin, Sakarya Universitetinin nümayəndələri, Təhsil Nazirliyinin (TN), Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Dillər Universitetinin (ADU), Bakı Slavyan Universitetinin (BSU), Azərbaycan Texniki Universitetinin (ATU), Sumqayıt Dövlət Universitetinin (SDU), Azərbaycan Müəllimlər İnstitutunun (AMİ), Qərb Universitetinin (QU) və digər ali təhsil müəssisələrinin professor-müəllimləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Təhsil Problemləri İnstitutunun (TPİ), Bakı Pedaqoji Kadrların İxtisasartırması və Yenidənhazırlanması İnstitutunun (BPKİYİ) alim və mütəxəssisləri iştirak ediblər.
Tədbirin bağlanış mərasimi Qafqaz universitetində keçirilib. Sonuncu tədbirdə Hacettepe Universitetinin professoru Celal Bayrak bildirib ki, hər üç universitet birlikdə mövcüd potensialdan istifadə edib müəllim hazırlama prosesini həyata keçirəcək.

SEVİL


Müəllif:

Oxşar xəbərlər