4 May 2015 16:35
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) internat məktəblərini bitirmək ərəfəsində olan və valideyn himayəsindən məhrum olmuş gənclərin gələcəkdə əmək bazarına çıxışının asanlaşdırılması və məşğulluğunun dəstəklənməsini diqqətdə saxlayır.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, bu məqsədlə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən ilk dəfə olaraq Təhsil Nazirliyinin Bakının Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli internat məktəbinin son sinfində təhsil alan və valideyn himayəsindən məhrum olan 12 nəfər gənc üçün peşə hazırlığı kursu təşkil edilib. ƏƏSMN-nin Bakı Regional Peşə Tədrisi Mərkəzində (Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə 44) həmin gənclərə təcrübəli mütəxəssislər tərəfindən peşə təliminin keçilməsinə başlanıb.

Üç ay ərzində davam edəcək kursun başa çatması həmin gənclərin internat məktəbini bitirməsi ilə eyni vaxta təsadüf edəcək. Kursu bitirən gənclərin yeni yiyələndikləri peşə üzrə məşğulluğu təmin olunacaq. Bununla əlaqədar artıq aidiyyəti işəgötürənlərlə razılıq əldə olunub.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər