AMEA Rəyasət Heyətində AMEA-nın magistraturasına qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və təşkil olunacaq müsahibələrlə bağlı görüş keçirilib.
Görüşdə AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, AMEA 2015-2016-cı tədris ili üçün magistratura təhsilini həyata keçirəcək. Bu baxımdan AMEA rəhbəri magistrarura qəbuluna hazırlaşan institut rəhbərlərinə bəzi tövsiyələrini verib.
AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov AMEA-nın magistraturasına qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və keçiriləcək müsahibələr barədə məlumat verib. Bildirib ki, 2015-2016-cı tədris ili üçün AMEA-nın magistratura təhsilini həyata keçirəcək 7 institutunda magistratura səviyyəsinin ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma seçimi etməzdən əvvəl AMEA-da müsahibədən keçməlidir. Bunu nəzərə alaraq, magistraturaya qəbul olunmaq istəyən bakalavrlar üçün müsahibə təşkil ediləcək. AMEA-nın magistraturasına bakalavrların seçilməsi üçün institutlarda yaradılmış müsahibə komissiyaları prosesə nəzarət edəcək. Müsahibədə iştirakçılara institutların fəaliyyət istiqamətləri və potensial imkanları barədə məlumatlar da veriləcək.
O, bildirib ki, qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri, müsahibənin keçiriləcəyi tarix və ünvanlar haqqında məlumatlar AMEA-nın və TQDK-nın rəsmi saytlarında yerləşdirilib. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılacaq: “Tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır və təhsilalma forması əyanidir”.
SEVİL