5 May 2015 01:44
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə həyata keçirilən “Təmiz Xəzər” sosial layihəsi çərçivəsində Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyi ərazisində təmizlik aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, rayonun idarə, müəssisə, təşkilat kollektivləri iştirak ediblər.

Aksiya çərçivəsində çimərlik ərazisi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Məişət tullantılarının ətrafa yayılmasının qarşısını almaq, eləcə də onların daşınmasını asanlaşdırmaq məqsədilə təmizlik işləri aparılan ərazilərdə müxtəlif çeşidli tullantılar üçün nəzərdə tutulan konteynerlər qoyulub. Təmizlik işləri çərçivəsində toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınıb.

Təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə belə aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.

Bundan başqa, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər İnkişaf Fondu və YAP Xəzər rayon təşkilatı ilə birgə rayon ərazisində “Hərəmizə bir ağac əkək!” devizi altında 1000-dən çox ağac əkilib.

Aksiyada icra hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisin deputat Rauf Əliyev, Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, rayon sakinləri, təşkilatların fəalları, gənclər və məktəblilər iştirak ediblər.

Aksiya zamanı ərazidə ümumilikdə 500 ədəd Eldar şamı ağacı əkilib və suvarılıb, ətraf ərazidə təmizlik işləri görülüb. Həmçinin ətraf ərazidən məişət tullantıları yığılıb, geniş abadlıq işləri aparılıb.


Müəllif:

Oxşar xəbərlər