5 May 2015 17:32
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Dövlət Sosial Müdafiə Fondunda silsilə tədbirlər keçirilir.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən məlumata görə, bu tədbirlərdən biri - aprelin 6-da açılış mərasimi olan, fondun strukturlarının komandaları arasında keçirilən mini-futbol turniri mayın 5-də yekunlaşıb.

Turnirin başa çatması münasibətlə keçirilən tədbirdə çıxış edən DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, Heydər Əliyev bütün sahələrdə olduğu kimi Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafına diqqət və qayğısı da bu sahədə inkişafın əsasını qoyub. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyəti nəticəsində müstəqil Azərbaycan beynəlxalq aləmdə, həm də bir idman ölkəsi kimi tanınıb və olimpiya hərəkatına qoşulub. Hazırda ölkəmiz beynəlxalq idman yarışlarının əsas təşkilatçılarından birinə çevrilib. Azərbaycanın tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi etməsi də bunun bariz nümunəsidir.

DSMF-də artıq neçə illərdir kütləvi tədbirlərin təşkil edildiyini diqqətə çatdıran fondun sədri, bunlardan birinin də bu gün başa çatan komandalar arası mini-futbol turniri olduğunu vurğulayıb.

Daha sonra Elman Mehdiyev 8 komandanın yarışa qatıldığı mini-futbol turnirinin qaliblərini təbrik edib və onlara kubok, medal, diplom və mükafatlar təqdim edib.

Bundan başqa, DSMF-də Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə fondun şəhər və rayon strukturlarının 32 nəfər əməkdaşı arasında şahmat və 16 nəfər əməkdaşı arasında isə stolüstü tennis yarışları da keçirilib. Bu yarışların qalibləri də müəyyənləşib və mükafatlandırılıb.

Naibə QURBANOVA


Müəllif: