6 May 2015 00:08
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ – Ünsiyyətdə olduğunuz hər kəsi ittiham etməkdənsə bir qədər öz üzərinizdə redaktələr edin. Dar macalda enerjinizi heç olmasa, sevgidən alın. Bu gün həqiqətə söykənmək, bağışlamaq çox gözəl olar.


BUĞA – Bu gözəl gündə bütün gücünüzü beyninizi artıq yüklərdən təmizləməyə həsr edin. Paralel iş və münasibətlər sizi bərk yorduğu üçün bir qədər təcrid olunun. İşdə özünüzü çox da yormayın.

ƏKİZLƏR – Ümumi mənada düşərli vaxtdır. Əvvəlki günlərin gərginliyindən əsər-əlamət qalmayacaq. Saat 14-dən sonra gücünüzə güc qata bilən insanlarla görüşləriniz mümkündür ki, bundan imtina etməməlisiniz.

XƏRÇƏNG – Nahara qədər emosional sabitliyinizi qorumağa çalışın. Dəyərsiz şeylər barədə düşünüb enerjinizi azaltmayın. İndi sizə etibarlı dostlar və pul lazımdır ki, buna da dediklərimiz sayəsində çata bilərsiniz.

ŞİR – Düşünməyin ki, qarşınızda duran vəzifələri yerinə yetirmək mümkünsüzdür. Əslində daxili tənbəlliyinizi bir kənara atmaqla, məsləhətlərdən yararlanmaqla hər şeyə nail ola bilərsiniz.

QIZ – Qarşınızda nə qədər planlarınız varsa, hamısını günün ikinci yarısına saxlayın. Çünki məhz deyilən ərəfədə uğur məqamlarınız başlayacaq. O vaxta qədərsə ənənəvi fəaliyyətlə məşğul olun.

TƏRƏZİ – Qarşınızda maraqlı bir təqvim durub. İstər qarşılıqlı münasibətlərdə, istərsə də fəaliyyət müstəvisində sizi qane edən proseslərlə rastlaşacaqsınız. Səfərlər planınızı isə bugünlük təxirə salın.

ƏQRƏB – Kosmik fon bürcünüzə əsrarəngiz bir gün yaşadacaq. Hər kəslə mülayim və ədalət çərçivəsində davranın ki, rəğbət qazanasınız. Səfərə çıxmaq uğurlu olsa da, axşam saatlarında diqqətli olun.

OXATAN – Bu gün işdən daha çox müzakirələrə vaxt ayırın. Çünki apardığınız söhbətlər yaxın yarım ilin perspektivlərinə birbaşa təsir göstərəcək. Hər bir danışıq detalına xüsusi diqqət yetirin.

OĞLAQ – Tanrının ixtiyarınıza verdiyi bu təqvimdən pis heç nə gözləməyin. Əgər günaha aparan işlərdən uzaq dursanız, müjdələrin şahidi olacaqsınız. Az qala unutduğunuz qohumlarınızla əlaqə yaradın.

SUTÖKƏN – Təxminən saat 12-yə qədər daxili gərginliyiniz xeyli səngiyəcək. Bu da rastlaşdığınız hadisələrdən doğacaq. Amma gərək siz də situasiyalara müvafiq davranasınız. Duzlu qidalardan qaçın.

BALIQLAR – Bacardığınız qədər bu təqvimi təmkinli şəkildə yola salın. Başqalarının şəxsi işlərinə müdaxilə etməyin. Daha çox adi işlərin həlli ilə məşğul olun. Bu gün qurban kəsmək, ziyarətə getmək çox düşərlidir.


Müəllif:

Oxşar xəbərlər