”İlk Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası gözlənilən idi. Ulu öndər Heydər Əliyev də yaşadığı dövr ərzində həmişə qısqanclıqla qarşılanıb. Bu qısqanclıq Heydər Əliyevin vaxtında Sovet İttifaqı səviyyəsində yaranmışdı”.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlər ilə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə deyib.
Ə.Həsənov hesab edir ki, hazırkı dövrdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya qarşı dünya səviyyəsində qısqanclığın yaranma səbəbi çoxdur: “Həm inkişaf etmiş ölkələrin rəhbərləri, həm də düşmən erməninin gözü bunu götürmür, qısqanclıq yaranır. Ona görə ki, nə Amerika, nə Avropa, nə Rusiya, nə də ən inkişaf etmiş ölkələrin heç biri cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 10 ildə etdiklərini edə bilməyib və edə bilməyəcəklər də. Qısqanclıq da buradan yaranır. Ancaq nə qədər qısqanclıq artırsa, dövlət də öz möhkəmliyini artırır”.