6 May 2015 14:13
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı, “Paşa Bank”ın və “InvestAZ” şirkətinin dəstəyi ilə Kapital Bazarı üzrə Təlim Mərkəzinin seminarlarında yüksək intellekti ilə seçilmiş tələbələr arasında müsabiqə keçirilib.

QKDK tərəfindən təşkil edilən tədbir Prezidentin16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulmuş qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində həyata keçirilib.

Ədalət Muradov gənclərin cəmiyyətdə fəallığının artırılmasına, onların bilik səviyyəsinin və bacarıqlarının yüksəlməsinə xidmət edən bu tədbirlərin keçirilməsini sevindirici hal kimi qiymətləndirərək, müsabiqənin təşkilinə görə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

Daha sonra QKDK aparatının rəhbəri Bəxtiyar Əzizov tələbələrin dünyagörüşünü, intellektual bacarıqlarını, məntiqi təfəkkürünü inkişaf etdirmək məqsədilə 28 yanvar 2015-ci il tarixində QKDK ilə ADİU arasında imzalanmış təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair Anlaşma Memorandumu çərçivəsində təşkil edildiyini diqqətə çatdırıb. Aparat rəhbəri tələbələrin elmə və təhsilə olan maraqlarını artırmağa yönələn belə müsabiqələrin QKDK tərəfindən gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.


Tədbirin sonunda yarışın ilk 3 yerinin qalibləri üçün İNVESTAZ şirkəti tərəfindən ticarət hesabı açılmış, həmçinin QKDK tərəfindən müsabiqənin bütün iştirakçılarına sertifikatlar və “Paşa Bank” tərəfindən müxtəlif dəyərli hədiyyələr təqdim olunub.

SEVİL


Müəllif:

Oxşar xəbərlər