7 May 2015 13:50
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Müxtəlif dini qrupların cəmiyyətə inteqrasiyasında mövcud olan problemlərin aradan qaldırılmasına həsr olunmuş tədbirlərin təşkili ” adlı layihəsini həyata keçirir.

Layihə müasir dövrdə müxtəlif milli- mədəni və dini qrupların cəmiyyətə inteqrasiyasından bəhs edir. Dini qrupların cəmiyyətə inteqrasiyasında mövcud olan problemlərin aradan qaldırılması yollarını axtarır.

Bu gün Qafqaz univüersitetində həmin layihənin ilk tədbir keçirilib. Tədbirdə QMİ-nin nümayəndəsi Hacı Şahin Cümə məscidi icmasının sədr müavini Hacı Elşən Qafqaz Universiteti Təhlükəsizlik və Enerji Tədqiqatları Mərkəzinin müdiri Ceyhun Mahmudlu və ictimaiyyət nümayəndələri iştirak edib.

Layihənin rəhbəri “Jurnalistlər Ekstremal Şəraitində” İctimai Birliyinin rəhbəri Firuzə Əsədullayeva müzakirə olunacaq mövzunun aktuallığı və əhəmiyyəti barədə məlumat verib.

NİGAR


Müəllif: