10 May 2015 08:01
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil edilən gül bayramı böyük maraqla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, mayın 9-da Sahil bağı nağıllar və gözəllik aləmini xatırladırdı. Parkdakı fəvvarələr tər güllərlə, dörd bir tərəf gözəl və rəngarəng gül kompozisiyaları ilə bəzədilmişdi. Onların arasında ümummilli lider Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın güllərdən hazırlanmış portretləri, Qız qalasının təsviri, “Bakı-2015” ilk Avropa Oyunlarının simvolları və digər kompozisiyalar diqqəti xüsusilə cəlb edirdi.

Təqdim edilən portret, kompozisiya və təsvirlərin hazırlanmasında ümumilikdə 800 mindən artıq güldən istifadə olunub.

Tədbirdə ali və orta ixtisas məktəblərinin, Uşaq Yaradıcılıq Mərkəzi şagirdlərinin müxtəlif güllərdən və bitkilərdən hazırladıqları rəngarəng tablolar, applikasiyalar və kompozisiyalar nümayiş etdirilib. Təsviri incəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdiyi şəkillər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Güllərlə bəzədilmiş al-əlvan paltarlar geyinmiş uşaqlar Ulu Öndərimizə, Vətənimizə həsr olunmuş şer və mahnılarla qonaqlar qarşısında çıxış ediblər.

Parkda quraşdırılmış səhnələrdə populyar incəsənət ustaları, bədii özfəaliyyət və rayonun musiqi məktəblərinin kollektivlərinin iştirakı ilə bütün gün ərzində davam edən konsert proqramı tədbiri daha baxımlı və yaddaqalan edib.


Müəllif:

Oxşar xəbərlər