22 May 2014 12:09
1 893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi ekspert Üzeyir Cəfərov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşləri üzrə İstintaq İdarəsinə çağırılıb. Teleqraf.com-un məlumatına görə, bu barədə Ü.Cəfərovun özü məlumat verib.

Ehtiyatda olan zabitə zəng edən müstəntiq Qasım Məmmədov bildirib ki, çağırılma həbsdə olan jurnalist Rauf Mirqədirovun işi ilə əlaqədardır.

"Mən Rauf Mirqədirovu axırıncı dəfə bəlkə də bir 10 il olar görmürəm", - deyə, Ü.Cəfərov qeyd edib.

R.Mirqədirovun işilə bağlı bu günə qədər bir neçə jurnalist, QHT nümayəndələri ifadə veriblər.

Aprelin 19-da Rauf Mirqədirov yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. O, 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləmək motivi ilə dövlətə xəyanətdə ittiham olunur. Rauf Mirqədirov Sülh və Demokratiya İnstitutunun Ermənistan QHT-ləri ilə birgə çoxsaylı layihələrinin fəal iştirakçısı kimi dəfələrlə Ermənistana səfər edib, xalq diplomatiyası üzrə Azərbaycan-Ermənistan layihələrinə qatılıb.


Müəllif: