“Microsoft Azerbaijan” şirkəti mayın 15-də Yüksək Texnologiyalar Parkında “Peşəkar inkişaf və sertifikatlaşma” layihəsinin təqdimatını edəcək.
Şirkətdən Teleqraf.com-a bildirilib ki, layihə çərçivəsində kompyuter elmləri və mühəndisliyi fakültələrinin tələbələri üçün sertifikatlaşma imkanı yaradılacaq. Bu peşəkar sertifikatlaşma karyera inkişafının təməlini qoyacaq. Layihəyə qoşulan tələbələr “Microsoft”dan ödənişsiz tədris və “Microsoft Technology Associate” imtahanına vauçer əldə edəcəklər.
Qeyd edək ki, “Microsoft” Azərbaycanın təhsil sahəsində həyata keçirilən layihələrində güzəştli şərtlərlə iştirak edir. Şirkət dövlət müəssisələrinin lisenziyalı proqram təminatı ilə təmin edilməsi istiqamətində işlər aparır.