12 May 2015 22:38
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetində (ATU) rezidentlər üçün seminarlara başlanılıb.

ATU-dan Teleqraf.com-a bildiriblər ki, Mövlana Mübadilə Proqramı çərçivəsində keçirilən tədbirə Türkiyənin Cümhuriyyət Universitetinin tibb fakültəsinin mütəxəssisləri də qatılıblar.

Seminarda Cümhuriyyət Universitetinin Ümumi cərrahlıq kafedrasının cərrahi, onkologiya şöbəsinin professoru Kurşat Karadayın “Bədxassəli peritoneal mezoteliomada hipertermik kimya perfuziyası” mövzusunda mühazirəsi dinlənilib. Döş qəfəsi cərrahlığı kafedrasının dosenti Şülə Karadayı isə "Emfizema zamanı həcm azaldıcı əməliyyatlar" və "Pnevmotoraks" mövzularında çıxış edib.

Sonra türkiyəli mütəxəssislər ATU-nun Tədris-Cərrahiyyə Klinikasında gənc müəllim və rezidentlərlə görüşüblər, klinikada yaradılmış şəraitlə tanış olublar.

Eyni zamanda, ATU-nun Xarici əlaqələr üzrə prorektoru Rəhimə Qabulova ilə görüşdə bu ali məktəbin rezidentlərinin Cümhuriyyət Universitetində təcrübə keçmələrinin təşkili ilə bağlı müzakirələr aparılıb. Universitetlər arasında rezident mübadiləsinə dair protokolun hazırlanması və yaxın zamanlarda imzalanmasına dair ilkin razılıq əldə olunub.

Qeyd edək ki, Cümhuriyyət Universitetinin professorları ATU-nun Onkoloji Klinikasında rezidentlər qarşısında mühazirə ilə çıxış edəcəklər.


Müəllif:

Oxşar xəbərlər