13 May 2015 13:56
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda "Azərbaycan Dəmir Yolları" QSC və İsveçrənin "Stadler Rail Group" şirkəti arasında 5 ədəd KİSS markalı ikimərtəbəli qatarların satın alınmasına dair müqavilə imzalanıb.

Trend-in məlumatına görə, müqaviləni "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və şirkətin rəhbəri Peter Şpuler imzalayıblar.

İmzalanma mərasimi Bakıda keçirilən 14-cü Beynəlxalq "Nəqliyyat, tranzit və logistika" sərgisi çərçivəsində baş tutub.

QSC sədri bildirib ki, müqavilənin dəyəri təqribən 60-70 milyon avrodur: "Bu vəsait "Stadler Rail Group" şirkətinə sərnişin daşınmasından əldə edilən gəlirlər hesabına 20 il ərzində ödəniləcək".

Hər bir qatar 4 vaqondan ibarətdir. Hər qatarın sərnişin tutumu 919 nəfərdir, qatarların hər birində 396 oturacaq yeri var, onlardan 84-ü biznes-sinifdir.

İmzalanma mərasimində qeyd edilib ki, ilk iki qatar 2015-ci ilin iyununda Azərbaycana gətiriləcək və onlar I Avropa Oyunlarında Bakı Dəmiryol Vağzalı və Metronun "Koroğlu" stansiyası arasında hərəkət edəcək.

Qalan qatarlar 2016-cı il yanvarın sonunda Azərbaycana çatdırılacaq. I Avropa Oyunları başa çatdıqdan sonra bütün beş qatarın Bakı-Sumqayıt dəmiryol xəttində istifadə edilməsi planlaşdırılır.

Bakı-Sumqayıt dəmir yolu cari ilin iyunun 5-də istismara veriləcək. Dəmir yolunun uzunluğu 43 kilometr olacaq.


Müəllif:

Oxşar xəbərlər