13 May 2015 18:24
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İranın Radio və Televiziya Təşkilatının sədr müavini Mühəmməd Əhkarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə A.Paşazadə müstəqilliyimizə qovuşduqdan sonra Azərbaycanda dini-mənəvi həyatın dirçəldilməsi istiqamətində görülən işlər, dövlətimizin dini irsə qayğısı barədə məlumat verib. O, xalqlarımız və dövlətlərimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsində KİV-in və qələm əhli olan jurnalistlərin böyük rolu olduğunu xüsusi vurğulayıb.

Şeyxülislam televiziya və radionun geniş imkankarından müqəddəs dinimizin mənəvi dəyərlərinin təbliğatı, effektli maarifləndirmə işi üçün istifadənin vacibliyinə diqqəti çəkərək, bununla bağlı mülahizələrini bildirib. A.Paşazadə QMİ-nin AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycanın yerləşdiyi coğrafi məkana uyğun namaz vaxtları, dini bayramları əks etdirən təqvimin hazırlanması üzərində gedən iş və iranlı alimlərlə bu sahədə aparılan məsləhətləşmələr barədə də qonagı məlumatlandırıb.

Mühəmməd Əhkari öz növbəsində, rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən layihələr, dini maarifləndirmə sahəsində görülən işlər barədə şeyxülislama məlumat verib.

Görüşdə İranın Azərbaycandakı səfiri M.Pak Ayin, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və sədrin müavini Fuad Nurullah iştirak ediblər.

Sonda qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər