13 May 2015 19:25
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası, badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparacaqlar.

Təhsil Nazirliyi həmin idmançıların 5-i haqqında ictimaiyyətə məlumat açıqlayıb. I Avropa Oyunlarının iştirakçıları aşağıdakılardır:

Kərim Musayev 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Tennis İdman məktəbinin yetirməsidir. İdmanın badminton növü üzrə Azərbaycan çempionu olan K.Musayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir.

Fərhad İsmayılov “Təhsil” Respublika İdman Mərkəzi – 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimidir. İdmanın stolüstü tennis növü üzrə məşğul olan F.İsmayılov 11 qat Azərbaycan çempionudur.

Hacı Əliyev idmanın sərbəst güləş növü üzrə məşğul olur. Dünya və Avropa çempionatlarının qalibi olan Hacı Əliyev Abşeron Rayonu Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir.

Yekaterina Sokolova Bakı şəhərı 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. Atletika ilə məşğul olan Yekatrina Sokolova Azərbaycan və İstambul Balkan Oyunlarının iştirakçısıdır.

Orxan Qələndərov “Təhsil” Respublika İdman Mərkəzi – 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alan Orxan Qələndərov badmintonla məşğul olur. O, Azərbaycan çempionatının və Azərbaycan Kubokunun qalibidir.

SEVİL


Müəllif:

Oxşar xəbərlər