13 May 2015 18:38
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə növbəti əmək yarmarkasını mayın 15-də Naftalan şəhərində keçirəcək.

Teleqraf.com-un məlumatına görə, tədbir Naftalan şəhər Məşğulluq Mərkəzinin inzibati binasında (N.Gəncəvi küçəsi, döngə 1) təşkil olunacaq. Əmək yarmarkasında bu şəhərdə fəaliyyət göstərən müəssisələr üzrə 140-a yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim ediləcək. Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə peşə hazırlığına, müvəqqəti xarakterli və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq.

2015-ci il üzrə Əmək yarmarkalarına cari ilin mart ayında başlanılıb. Ötən dövrdə Bakının Nəsimi rayonunda və İsmayıllı, Yardımlı, Daşkəsən, Goranboy rayonlarında keçirilən Əmək yarmarkalarında 395 nəfər şəxsə boş iş yerlərinə göndəriş verilib, 22 nəfər peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata alınıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər