14 May 2015 15:09
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 15-də Budapeştdə NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaq.

Teleqraf.com xəbər verir ki, sessiyada Azərbaycanı Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edəcəkdir.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Tahir Süleymanov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildir. Sessiyanın komitə iclaslarında Avro-atlantik birliyə qarşı olan təbliğat hücumları, NATO-nun yeni strateji çağırışı, Rusiya iqtisadiyyatına qoyulan sanksiyalar, Terrorçuluğun maliyyələşdirilməsi, Ukrayna iqtisadiyyatının vəziyyəti və gələcək inkişaf perspektivləri, Dünya üzrə NATO-nun tərəfdaşları, İqlim dəyişikliyi və digər mövzular müzakirə olunacaqdır.

Sessiya çərçivəsində keçiriləcək Siyasi komitənin iclasında “Rusiya və avro-atlantik təhlükəsizlik” mövzusunda məruzə dinləniləcək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, keçmiş Sovet İttifaqı ölkələrinə münasibətdə Rusiyanın siyasəti, Cənubi Qafqazda vəziyyət və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.NATO Parlament Assambleyasının yaz sessiyası mayın 18-də başa çatacaq.

Nemət


Müəllif: