14 May 2015 16:26
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mayın 14-də Şəhidlər xiyabanını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Vyetnam Prezidenti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Vyetnam Sosialist Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildi.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.


Müəllif: